Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon Təhsil Şöbəsi 2017-2018-ci tədris ilinə hazırlıq işlərini başa çatdırmışdır

05 sentyabr 2017 | 16:00

               Laçın rayonu üzrə 111 ümumtəhsil məktəbi və 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Laçın Rayon Təhsil Şöbəsi 2017-2018-ci dərs ili üçün 30 direktor vəzifəsi, 221 müəllim üçün vakant yeri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmişdir. Rayonun ümumtəhsil müəssisələrində çalışan 36 müəllim ölkədaxili yerdəyişmə ilə iş yerini başqa məktəblərə, 22 nəfər müəllim isə iş yerini Laçın rayonunun ümumtəhsil məktəblərinə dəyişmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu müsabiqəsindən keçmiş 65 nəfər müəllim rayonun ümumtəhsil məktəblərinə işə qəbul edilmişdir.
            2017-ci ilin mart-aprel aylarında  rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının Diaqnostik Qiymətləndirilməsi keçirilmişdir. Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin rayon üzrə orta balı 34 olmuşdur. 2 nəfər müəllim 60 bal, 321 nəfər müəllim 48 baldan yuxarı bal toplamışdır.
2017-2018-ci tədris ilinə hazırlıqla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyindən verilmiş  4, 6, 8,10-cu siniflər üçün 26880 ədəd dərslik, 3262 ədəd müəllim üçün metodiki vəsait, 10 nüsxə məktəbəhazırlıq üzrə təlimin təşkili metodikası (disklə birlikdə), 48 dəst plakat məktəblərə çatdırılmışdır.
Rayonun 45 ümumtəhsil məktəbində öz imkanları hesabına cari təmir işləri aparılmış, məktəblərin ərazisi təmizlənmiş, növbəti tədris ili üçün hazırlanmışdır.
Rayonun Çıraqlı kənd tam orta məktəbi üçün 270 şagird yerlik yeni bina inşa edilmiş, 12 nömrəli tam orta məktəbdə isə Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən əsaslı təmir işləri davam etdirilir. 15 sentyabr 2017-ci il tarixə qədər təmir işlərinin başa çatdırılacaqdır.
15.09.2017-ci il  tarixdə rayonun ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 1143 nəfər qəbul olunacaqdır.
Təsdiq edilmiş qrafikə əsasən Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə birlikdə 15.09.2017-ci il tarixdə yeni dərs ilinin başlanılması ilə bağlı ümumtəhsil məktəblərinin açılışında iştirak edəcəklər.

Keçidlər