Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü qəsəbəsindəki “Heydər parkı”nın ətrafındakı meydanda və səkidə aparılan abadlıq işləri tam başa çatdırılmışdır.

31 avqust 2017 | 16:00

        56 saylı Laçın Yol İstismarı MMC-nin rəisi Xalid Musayev məlumat vermişdir ki, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin tapşırığının icrası olaraq, Taxtakörpü qəsəbəsindəki “Heydər parkı”nın ətrafındakı meydanda 1810 m²  sahəyə asfalt örtük yayılmış, meydanın ətrafı boyu 145 m  uzunluğunda beton bardur çəkilmişdir.   Meydanın sol küncü boyu salınmış səki əsaslı təmir edilmiş, səkinin sağ tərəfi boyu 90 metr uzunluğunda beton bardur çəkilmiş, səkiyə 190 m²  asfalt yayılaraq səthi hamarlanmışdır.
       Görülmüş abadlıq işləri əraziyə yaraşıqlı görkəm vermiş, sakinlər tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər