Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən Taxtakörpü ərazisindəki suvarılan torpaq sahələri suvarma suyu ilə təmin edilir.

28 avqust 2017 | 16:00

       1992-ci ilin may ayının məlum hadisələrindən sonra Laçın rayonundan olan məcburi köçkünlərdən 14 min nəfərə yaxın əhali sahəsi 31,6 min hektar olan Ağcabədi, Beyləqan və İmişli  rayonlarının inzibati ərazisinə aid Taxtakörpü adlanan ərazilərdəki 84 obada (yaşayış məntəqəsində) və 3 məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmaqla, əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olurlar. Laçın Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqov məlumat   vermişdir ki, Taxtakörpü ərazisində 18510 ha suvarmaya yaralı torpaq sahəsindən 12600 ha torpaq sahəsində suvarma işləri aparılır. Təsərrüfatlarda mövcud əkin sahələrinin vaxtında suvarılması üçün  Laçın Suvarma Sistemləri idarəsinin balansında olan 18 ədəd nasos stansiya, o cümlədən 12 ədəd elektriklə, 6 ədəd isə dizel yanacağı ilə işləyən nasoslardan istifadə olunur. İdarənin xidməti sahəsində 340 km ümumi suvarma kanalları mövcuddur ki, ondan da 17 km-i beton üzlüklü, 4 km-i yerüstü metal boru ilə çəkilmiş, 319 km-i isə torpaq kanallardır. Cari ilin ötən dövründə 3 ədəd elektrik mühərriki təmir olunmuş, 50 kilometr suvarma kanalı lil və çöküntülərdən təmizlənmişdir. Hazırda suvarmaya ehtiyac olan əkin sahələrinin suvarılması işləri idarənin nəzarəti ilə davam etdirilir.

Keçidlər