Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması Ölkə başçısının daim diqqət mərkəzindədir.
23 avqust 2017-ci il tarixdə Baş nazirin müavini, Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Tərtər rayonu ərazisində məcburi köçkünlər üçün yeni inşa edilən qəsəbədə gedən tikinti işləri ilə tanış olmuş, tikinti şirkətlərinin rəhbərlərinə bəzi tövsiyələrini vermişdir.
Baş nazirin müavini səfər zamanı rayonun Şıxarx qəsəbəsində bərpa olunan Marağa abidəsinin bərpası ilə də tanış olmuşdur. Komitə sədri bildirmişdir ki, abidənin bərpası ilə yanaşı, bəzi tarixi faktlar da toplanaraq, həmin faktlar əsasında ermənilərin bu torpaqlara sonradan köç etdiyi onlara bir daha sübut olunacaqdır.
Komitə sədri Tərtər, Laçın və Ağdam Rayon İcra Hakimiyyəti başçılarının iştirakı ilə məcburi köçkün ailələri ilə də görüşmüş, müəyyən məsələlərlə bağlı aidiyyəti üzrə öz tapşırıqlarını vermişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə olan davamlı diqqət və qayğısı ilə hazırda Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hazırda 4 mərtəbəli 34 bina inşa olunmuşdur. Şəhərcikdə 1200 şagird yerlik orta məktəb binası, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, klub-icma mərkəzi, həkim məntəqəsi və inzibati bina da yaxın vaxtlarda məcburi köçkünlərin istifadəsinə veriləcəkdir.