Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında “Məlumat Saatı”nın növbəti iclası keçirilmişdir.

22 avqust 2017 | 16:00

         Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatı təsdiq edilmiş qrafikə uyğun olaraq, növbəlilik prinsipi əsasında Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatında hər həftə təşkil edilən “Məlumat Saatı”nın növbəti iclası keçirilmişdir.
İclası Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev giriş sözü ilə açdıqdan sonra aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Aslan Abbasov ötən həftə ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Qanun, Fərman və Sərəncamlarla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamları ilə, digər mərkəzi icra orqanları tərəfindən qəbul edilmiş normativ-hüquqi sənədlərlə və ölkəmizdə, həmçinin rayonda baş verən sosial-iqtisadi, ictimai-siyasi yeniliklərin qısa xronikası ilə aparat işçilərini tanış etmişdir. Həftənin hər 2-ci günü keçirilən “Məlumat Saatı”nda aparatın şöbə müdiri Eldəniz Qasımov dünyada baş verən hadisələr haqqında yığcam xülasəni  və Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin ötən həftə ərzində verdiyi tapşırıqların icrası vəziyyəti barədə məlumatı aparat işçilərinin diqqətinə çatdırmışdır.
Sonda Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları arasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Keçidlər