Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli qəsəbədə aparılan abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

17 avqust 2017 | 16:00

        Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli 2017-ci il 17 avqust tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində aparılan abadlıq işlərinin gedişi ilə yerində tanış olmuşdur.
        56 saylı Laçın Yol İstismarı MMC-nin rəisi Xalid Musayev məlumat vermişdir ki, Taxtakörpü qəsəbəsindəki “Heydər parkı”nın ətrafındakı meydanda 1810 m²  sahəyə asfalt örtük verilməsi nəzərdə tutulmuşdur ki, artıq bu günə 1700 m²  sahəyə asfalt örtük yayılmış, meydanın ətrafı boyu 145 m  uzunluğunda beton bardur çəkilmişdir. Bu işlərin aparılmasına idarənin işçiləri və texnikaları cəlb olunmuşdur.
        Aparılan işlərin gedişi ilə  ətraflı tanış olan Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli  görülən işlərin keyfiyyətindən razı qalmış, ərazidə əlavə abadlıq işlərin aparılması üçün və davam etdirilən işlərlə bağlı 56 saylı Laçın Yol İstismarı MMC-nin rəhbərliyinə öz tapşırıqlarını vermişdir. Hazırda meydanda asfalt yayılması işləri davam etdirilir.

Keçidlər