Vətəndaşların növbəti qəbulu keçirildi.
16 avqust 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin növbəti qəbulu keçirildi. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda müraciət edərək qəbula yazılmış 7 nəfər rayon sakini ayrı-ayrılıqda dinlənilmişdir. Müraciət edən sakinlərin əsas istəyi onların mənzil şəraitlərinin yaxşılaşdırılmasına, ailə vəziyyəti və müalicə olunmaları üçün onlara maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur. Sakinlərin müraciətlərində göstərilən məsələlər ətraflı dinlənilmiş, onlardan həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı dərhal aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə vətəndaşlara lazımi izahat və düzgün istiqamət verilmişdir.
Rayon sakinləri, vaxtaşırı qəbul edilərək onlara köməklik göstərilməsindən razı qaldıqlarını qeyd edərək, müraciətlərinə həssaslıq və qayğıkeşliklə yanaşıldığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.