Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.

16 avqust 2017 | 16:00

           Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 3015 nömrəli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Ocaqqulu oğlu Mirzəyev  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Bununla əlaqədar olaraq, 2017-ci il 16 avqust tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilmiş tədbirdə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və müvafiq vəsiqə Laçın Rayonu icra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən Tofiq Mirəzyevə təqdim olunmuşdur.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli çıxış edərək  ölkə Prezidenti cənab İlham Əliyevin  müvafiq Sərəncamına əsasən uzun illər dövlət qulluğunda nümunəvi fəaliyyət göstərən Tofiq Ocaqqulu oğlu Mirzəyevin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini laçınlılar tərəfindən yüksək razılıq hissi ilə qarşılandığını bildirmişdir. Rayon rəhbəri  bu yüksək etimada, diqqət və qayğıya görə bütün laçınlılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq edərək, ölkə başçısının bu yüksək etimadını laçınlıların bundan  sonra da dövlətə və dövlətçiliyimizə öz sədaqətləri və əməli işləri ilə doğruldacaqlarını, doğma Azərbaycanımızın çiçəklənməsi naminə möhtərəm Prezidentimizin  həyata keçirdiyi bütün işlərdə onun yaxın köməkçiləri olacaqlarını vurğulamışdır.

Tədbirdə yüksək mükafat  öz sahibinə təqdim edildikdən sonra  Tofiq Mirzəyev  çıxış edərək  əməyinin yüksək səviyyədə qiymətləndirilməsinə görə ölkə Prezidentinə öz adından və ailəsi adından dərin minnətdarlıq bildirmişdir. O,  bu mükafatın təkcə onun deyil, bütün laçınlıların əməyinə verilən ən ali dəyər olduğunu qeyd etmişdir.

Təqdimatda Laçın Rayonu icra Hakimiyyəti başçı aparatının məsul işçiləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Keçidlər