Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust - Beynəlxalq Gənclər günü qeyd olunmuşdur.

14 avqust 2017 | 16:00

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Gənclər və İdman İdarəsi tərəfindən 12 avqust - Beynəlxalq Gənclər günü münasibətilə tədbir keçirilmişdir.  Abşeron rayonunun Nübar qəsəbəsində “Laçın Alpaqut” və “Laçın kinqboksinq” idman klubunun idmançılarının iştirakı ilə keçirilən tədbirdə  Rayon Gənclər və İdman idarəsinin nümayəndəsi 12 avqust - Beynəlxalq Gənclər günü münasibəti ilə  iştirakçıları təbrik edərək, onlara ətraflı məlumat vermişdir. Məlumatda bildirilmişdir ki, 1998-ci ildən təsis olunan bu əlamətdar gün hər il ölkəmizdə də geniş qeyd olunur.
            Xüsusilə, o da  vurğulanmışdır ki, 1997-ci ildən ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan  2 fevral - Gənclər günü Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Yüksək minnətdarlıqla o da qeyd olunmuşdur ki, bu gün də dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Sonra tədbirdə iştirak edən “Laçın Alpaqut”  klubunun bas məşqçisi Rafiq Qasımov və “Laçın kinqboksinq” klubunun bas məşqçisi Bəhruz Çıraqov da ölkəmizdə gənclərə, xüsusilə idmançılara göstərilən dövlət qayğısından söz açaraq, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə laçınlı idmançılar adından Azərbaycan Respublikası Prezidenti , Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdilər. 
            Sonra turnirə start verilmişdir. Gərgin mübarizə şəraitində keçirilən yarışda 25  kq çəki dərəcəsində İlkin Məmmədov, 30 kq çəki dərəcəsində Adəm Şabanzadə və Məhəmməd Nəzərli , 35 kq çəki dərəcəsində Kərimli Tunar, 40 kq çəki dərəcəsində Ülvi Nəcəfov və Məhəmmədəli Çıraqov, 45 kq çəki dərəcəsində İslam Soltanov daha əzmkarlıq göstərərək qalib olmuşlar. Tədbir qaliblərin mükafatlandırılması ilə başa çatmışdır.

Keçidlər