Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsəbədaxili avtomobil yolları təmir edilir.

11 avqust 2017 | 16:00

        Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 552 ailəlik qəsəbə ilə 37 ailəlik qəsəbələrarası  və həmin  qəsəbələrin  daxili avtomobil yollarında Laçın Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi və təşkilatçılığı ilə cari təmir və bərpa işlərinə başlanılmışdır. Görüləcək işlərlə əlaqədar əvvəlcə rayonun aidiyyəti qurumlarının mütəxəssisləri tərəfindən  ərazidəki küçə və  yollara  baxış keçirilmiş, yolun daha çox təmirə  ehtiyac olan  hissələri  müəyyənləşdirilmişdir. Qəsəbədaxili avtomobil yollarının uzunluğu 14 km olmaqla 2012-ci ilin əvvəllərində istifadəyə verilmişdir.
          2017-ci il 8 avqust tarixdən başlayaraq müəyyən təmiri vacib hesab olunmuş  qəsəbədaxili avtomobil yollarında  hissə-hissə təmir və bərpa işlərinə başlanılmışdır.  56 saylı Laçın Yol İstismar MMC tərəfindən həyata keçirilən  təmir işlərinə idarənin işçi qüvvəsi,  habelə müvafiq maşın və mexanizmləri cəlb edilmişdir. Daxili imkanlar hesabına əraziyə gətirilən 70 kubdan çox  qum və çınqıl örtük 552 ailəlik qəsəbə ilə  37 saylı qəsəbəarası yolun sıradan çıxmış  hissəsinə, həmçinin qəsəbənin ayrı-ayrı küçələrində ehtiyac olan yerlərə  tökülərək,  qreyderlə yayılaraq hamarlanmışdır. Görülmüş işlər nəticəsində yolun sıradan çıxmış 1,7 km hissəsi bərpa edilmişdir.
         Əhalinin və nəqliyyat vasitələrinin qəsəbədaxili avtomobil yollarında rahat hərəkətinin təmin edilməsi və görülən təmir-bərpa  işləri qəsəbə sakinləri tərəfindən razılıqla qarşılanmışdır. Hazırda həmin avtomobil yollarında lazımi təmir işləri davam etdirilir

Keçidlər