Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirildi

09 avqust 2017 | 16:00

09  avqust 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilldi. Qəbulla bağlı müraciət edərək qeydiyyata alınmış 14 nəfər rayon sakinlərinin,  əsasən  mənzil şəraitlərinin yaxşılaşdırılması, ailə vəziyyəti və müalicə olunmaq üçün  onlara  maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda ətraflı dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən, həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı dərhal aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş,  müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izahat və düzgün istiqamət verilmişdir.
Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər.
Qəbul zamanı  sakinlər,  vaxtaşırı qəbul edilərək onlara köməklik göstərilməsindən razı qaldıqlarını qeyd etməklə, müraciətlərinə həssaslıq və qayğıkeşliklə  yanaşıldığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını  bildirmişlər.

Keçidlər