Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında 08.08.2017-ci il tarixdə vətəndaşların qəbulunun təşkili barədə qısa məlumat
Hər gün olduğu kimi 08.08.2017-ci il tarixdə də Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların qəbuluna diqqətlə yanaşılaraq, aparatın Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki inzibati binasının qəbul otağında qəbula yazılmış 12 nəfər vətəndaşın şifahi müraciətləri dinlənilmişdir. Həmin vətəndaşlardan 3-ü Laçın şəhərindən, 2-si Şeylanlı, 2-si Daşlı, 1-i Cicimli, 1-i Qarakeçdi, 1-i Qarıqışlaq, 1-i Vağazin, 1-i Hoçaz kəndlərindən olmaqla, 3-ü Abşeron, 1-i Beyləqan, 1-i Tərtər rayonundan, 7-si Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki yaşayış məntəqələrindən gəlmişdir.
Qəbula gəlmiş vətəndaşlardan 3-ü Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən, 5-i başçının müavini İlqar İlyasov tərəfindən, 4-ü isə aparatın şöbə müdiri Eldəniz Qasımov tərəfindən qəbul olunmuşdur.
Qəbulda dinlənilmiş həmin müraciətlərdən 4-ü müharibə veteranı vəsiqəsi verilməsi, 1-i suvarma suyu ilə təchizat, 1-i mənzil təmiri, 3-ü birdəfəlik maddi yardım verilməsi, 2-si işlə təmin olunma barədə olmuşdur ki, bu müraciətlərdən də 5-i gün ərzində müsbət həll edilmiş, 7 müraciət üzrə vətəndaşlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.
Qəbula gələn vətəndaşların dərhal qəbulu və həlli mümkün məsələlərin operativ həlli onlar tərəfindən razılıqla qarşılanmışdır.