Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun səyyar baytar həkim briqadası Taxtakörpü ərazisindəki obalarda olmuşlar.

08 avqust 2017 | 16:00

07 – 08  avqust 2017-ci il tarixlərində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  aparatın  və  kənd təsərrüfatı idarəsinin məsul əməkdaşları da  iştirak etməklə rayon Baytarlıq İdarəsinin ixtisaslı 12  baytar həkimlərindən ibarət səyyar həkim briqadası Ağcabədi rayonu Taxta körpü ərazisindəki Qarıqışlaq, Alxaslı, Mişni, Qozlu, Təzəkəndi, Şeylanlı, Hacılar Sadınlar, Qoşasu, Minkənd, Mirik,  Ağbulaq, Qarakeçdi nümayəndəliklərinin sakinlərinin məskunlaşdığı 32 obada olmuşlar.  Səyyar baytar həkim briqadası tərəfindən obalarda   məskunlaşmış rayon sakinləri ilə görüş keçirmiş onların mal-qara və davarlarına növbəti zoobaytar xidmət göstərilərək heyvandarlara müxtəlif tövsiyələr verilmişdir. Tədbir zamanı rayon sakinlərinin şəxsi təsərrüfatlarında saxlanılan 544 baş iri buynuzlu mal-qara, 2420 baş xırda buynuzlu, 82 baş təkdırnaqlı heyvanlara ümumi baxış keçirilmişdir. Baxış zamanı həmin heyvanlardan 85 baş iri buynuzluda, 365 baş isə  xırda buynuzlu heyvanlarda baytar həkimlər tərəfindən kliniki müayinə keçirilmiş infeksion  xəstəliklər olması  müşahidə olunmamışdır. Ümumi müayinə zamanı 3 baş iri  buynuzlu, 12 baş xırda buynuzlu heyvanlarda aşkar edilən parazitar xəstəliklər baytar həkimlər tərəfindən nəzarətə götürülərək yerində müalicə işləri aparılmışdır. Bununla yanaşı rayon kənd təssərrüfatı mütəxəssisləri tərəfindən heyvandarlara tövsiyyə olunmuşdur ki, heyvanların yemlənməsi və bəslənməsində zootexniki  qaydalara əməl etsinlər.      , 
     Köçkünlər bu isti yay günlərində məskunlaşdıqları ərazidə onlarla görüşlərin keçirilməsini və səyyar baytar həkim briqadası tərəfindən təsərrüfatlarında olan mal-qaraya göstərilən zoobaytar xidmətləri yüksək razılıqla qarşılamış, bu qayğıya görə  tədbirin təşkilatçılarına və səyyar baytar həkim briqadasına   minnətdarlıqlarını bildirmişlər.
    Həkim briqadası tərəfindən belə tədbirlərin  davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər