Laçınlı çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə növbəti çağırışı yüksək səviyyədə başa çatmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2017-ci il 31 may tarixli 2938 nömrəli Sərəncamının tələbləri ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı qəbul edilmiş, işin təşkili məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrə lazımi tapşırıqlar verilmişdir. Cari ilin iyul çağırışında 174 nəfər laçınlı çağırışyaşlı sağlam gənc Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müvafiq hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi hissələrə təhvil verilmiş, tapşırıq artıqlaması ilə yerinə yetirilmişdir.