Taxtakörpü qəsəbəsində və idarə, müəssisələrin ətrafında iməclik keçirildi
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbədə, həmçinin idarə - müəssisə və təşkilatlarının ətrafında olan yaşıllıqların qorunması, küçə və parkların səliqəli saxlanması məqsədi ilə 5 avqust 2017-ci il tarixində növbəti iməclik keçirildi.
Rayonun İdarə, müəssisə kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməclik zamanı inzibati binaların ətrafında, küçə və parklarda təmizlik işləri aparılmaqla ətrafları yabanı alaq bitkilərindən təmizlənmişdir. Eyni zamanda İməcilik zamanı qəsəbədəki park və yolların ətrafında yaşıllıq sahələrində ağac və gül kollarına lazımi qulluq göstərilmiş, suvarma xəttləri yenilənmiş, müvafiq texnikaların vasitəsi ilə ərazidəki avtomobil yollarında cari təmir işləri görülmüşdür.
Ərazidə aparılan təmizlik işləri, yaşıllıqlara göstərilən qulluq və bərpa işləri, yaradılmış səliqə -sahman sakinlər tərəfindən razılıqla qarşılanaraq onlarda xoş əhval-ruhiyyə yaratmışdır.