Pambıq sahələrinin becərilməsi nəzarətdə saxlanılır.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün kənd təsərrüfatına yararlı torpaq sahələri yenidən əkin dövriyyəsinə qaytarılmış, ən gəlirli sahə hesab olunan pamıqçılığın inkişafına xüsus önəm verilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa o cümlədən kənd təsərrüfatına qayğısı nəticəsində son illər pambıqçılıq daha sürətlə inkişaf edir. Respublikamızda pambıqçılığın inkişafı üçün əlverişli olan bölgələrə yeni texnikaların, məhsuldar toxum sortlarının gətirilməsi, pambığın alış qiymətinin qaldırılması, istehsal olunmuş məhsul üçün əlavə subsidiya verilməsi bu sahənin inkişafı üçün stimul yaratmışdır. Ölkə Prezidenti İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıq və göstərişlərini respublika vətəndaşları kimi laçınlı köçkünlər də həvəslə qarşılayaraq bu təşəbbüsə ürəkdən qoşulmuş, məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü ərazisində 101 hektar sahədə pambıq əkmişlər. Pambıq sahələrinin vaxtında becərilməsi, suvarılması və tenika ilə təmin olunması üçün Rayon İcra Hakimiyyətində qərərgah yaradılmış, bütün qüvvələr səfərbər olunaraq pambığın becərilməsinə cəlb olunmuşdur. Bunula əlaqədar suvarma kanalları lildən təmizlənmiş, su ötürücü qurğular və su nasoslar isə daim işlək vəziyyətə gətirilmişdir. Hazırda pambıq sahələrinin suvarılmasında son mərhələ həyata keçirilir. 2017-ci ildə pambıq sahələrinin becərilməsi və məhsulun yığılması işlərinə 200 nəfərdən çöx işçi cəlb olunacaqdır ki, bu da obalarda məskunlaşan köçkünlər arasında işsizliyin azalmasına müsbət təsir göstərəcəkdir. Rayonda pambıqçılığın inkişafı, mövcud əkin sahələrindən bol məhsul əldə olunması üçün rayon rəhbərliyi tərəfindən mütəmadi tapşırıqların verilməsi bu sahənin inkişafını daim diqqətdə saxlayır. Laçın Rayon İcra Hakimiyyətinin başçısı aparatının aidiyyəti rəhbər işçiləri və rayon kənd təsərrüfatı mütəxəsisləri vaxtaşırı yerlərdə olmaqla pambığın becərilməsi ilə bağlı məsələləri nəzarətdə saxlayırlar.