Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü ərazisində taxıl biçini başa çatmışdır

04 iyul 2017 | 16:00

Sakinlərin  sosial-rifah halının və ərzaq təminatının  yaxşılaşdırılması  rayon rəhbərliyinin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Bununla əlaqədar  laçınlı  köçkünlərin daha sıx  məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki obalardakı əhalinin  əsas məşğuliyyəti kənd təsərrüfatı olduğu nəzərə alınaraq burada taxılçılığa diqqət ilbəil artırılır. Əhaliyə  göstərilən dövlət dəstəyi və yaradılmış şərait nəticəsində ərazidəki  köçkünlər tərəfindən dən və yaşıl yem üçün 1460 hektar  sahədə payız dənlilər səpilmişdir.Becərmə dövrü ərzində əkin sahələrinə göstərilən müvafiq  aqro texniki qulluq tədbirləri nəticəsində yaxşı bitiş alınmış, vaxtında suvarma işlərinin aparılması isə sahələrdən bol məhsul almağa real zəmin yaratmışdır.
        Cari ilin biçin kampaniyası zamnı sahələrdə becərilmiş məhsulun itgisiz və vaxtında toplanmasının təmin olunması üçün Laçın Rayon İcra Hakimiyyətinin başçısının müvafiq sərəncamına əsasən  aidiyyəti rayon təşkilatlarının nümayəndələrindən ibarət komissiya yaradılmış,  məhsul toplanışı ciddi nəzarətdə götürülərək,  sahələrə lazım olacaq texnikalar və onların biçin dislokasiyası müəyyən edilərək  ətraf rayonlardan 12 ədəd taxıl biçən  kombayn biçinə cəlb edilmişdir.  2017-ci ilin taxıl biçini mövsümündə əhali təsərrüfatlarında olan  1118 hektar sahədə taxıl biçilmiş, ümumilikdə 2176 ton məhsul yığılmışdır. Biçilmiş sahələrin 112 hektarını buğda, 1006 hektarını isə arpa sahəsi təşkil edir.

Keçidlər