Yerlərdə qaldırılan məsələlərin müsbət həlli razılıqla qarşılanır.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən laçınlı köçkünlərlə yerlərdə görüş-səyyar qəbulların keçirilməsi mütəmadi hala çevrilmişdir. Qobustan rayonu Xilmilli kəndində məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilən görüş-səyyar qəbul zamanı isə sakinlər tərəfindən edilən müraciətlərdə sosial məsələrlə yanaşı, ərazidə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinə ucaldılmış abidənin təmir olunmasına köməklik edilməsi bildirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı qəbulda olduğu zaman sakinlərlə birlikdə kənd ərazisində ucaldılmış abidəni ziyarət etmiş, abidənin ətrafına baxış keçirilərək, ərazidə əlavə bərpa və təmir işlərinin görülməsi barədə tapşırıq verilmişdir. Qısa müddət ərzində Rayon İcra Hakimiyyəti başçısının yaxından köməkliyi və dəstəyi ilə ərazidə şəhidlərin əziz xatirəsinə ucaldılmış abidədə bərpa və əsaslı təmir işləri aparılmış, abidənin ətrafında təmizlik və abadlıq işləri görülmüşdür. Qeyd olunmalıdır ki, şəhid soydaşlarımızın adlarının əbədiləşdirilməsi məqsədi ilə ucaldılan həmin abidədə göstərilənlərdən iki nəfəri Laçın rayonunun Daşlı kəndindən olan Həsənov Elşad Lətif oğlu və Həsənov Xəlil Qədir oğludur.
Qaldırılan məsələlərə Rayon İcra Hakimiyyətinin başısı tərəfindən həsaslıqla yanaşılaraq müvafiq köməkliklər edilməsi köçkünlər tərəfindən böyük razılıqla qarşılanmışdır.
Bildiririk ki, hazırda Qobustan rayonunun Xilmilli kəndində rayon üzrə 20 ailə 101 nəfər laçınlı məcburi köçkün məskunlaşmışdır.