“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının laçınlı qalibi ilə görüş keçirildi
8 iyun 2017-ci il tarixində Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının laçınlı qalibi Güləliyev Rüfət Zakir oğlu ilə təntənəli görüş keçirildi
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının inzibati binasında keçirilən görüşdə İslamiadada qazanılmış möhtəşəm qələbə münasibətilə idmançını təbrik edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli bildirib ki, oyunların yekunlarına görə, Azərbaycan yığması 75 qızıl, 50 gümüş və 37 bürünc medal qazanmaqla ümumi hesabda 1-ci yeri tutub. Bildirilib ki, sevindirici haldır ki, bu oyunlarda rayonumuzu ləyaqətlə təmsil edən Güləliyev Rüfət Zakir oğlu “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək zorxana yarışında birinci yeri tutmaqla qızıl medala layiq görülmüşdür.
Görüşdə xüsusilə qeyd olunub ki, ölkə Prezidenti İlham Əliyevin idmançılara xüsusi qayğı ilə yanaşması, müasir idman qurğularının, bölgələrdə Olimpiya idman komplekslərinin tikilməsi təmsilçilərimizin Olimpiya Oyunlarında, qitə və dünya çempionatlarında, digər mötəbər yarışlarda parlaq qələbələr qazanmasına zəmin yaradır. Ölkəmizin möhtəşəm idman yarışlarına ev sahibliyi etməsi isə Azərbaycanın inkişafını, müasir idman infrastrukturu və təhlükəsiz ölkə olmasını bütün dünyaya göstərir.
Sonra çıxış edən tədbir iştirakçıları idmançılara göstərilən dəstəyə, diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında fərqlənmiş Güləliyev Rüfət Zakir oğluna Rayon İcra Haakimiyyəti adından fəxri fərman və mükafat təqdim olunmuşdur.