Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq sahələrinin becərilməsi daim diqqət mərkəzindədir

01 iyun 2017 | 16:00

Respublikamızda qeyri-neft sektorunun  inkişafı üçün iqtisadi layihələr  uğurla icra olunur, kənd təsərrüfatına yararlı torpaq sahələri yenidən əkin dövriyyəsinə qaytarılır,  ən gəlirli sahə hesab olunan pamıqçılığın inkişafına xüsus önəm verilir.  Ölkə  Prezidenti cənab İlham Əliyevin sahibkarlığa o cümlədən kənd təsərrüfatına qayğısı nəticəsində son illər pambıqçılıq daha sürətlə inkişaf edir. Ölkədə həm dövlət dəstəyi, bütün dovlət qurumları, özəl qurumlar və ictimaiyyətin dəstəyi nəticəsində ölkə üçün ən çox gəlir gətirən sahələrdən biri olan pambıqçıq daha sürətlə inkişaf edir. Bölgələrdə aqroparkların yaradılması, yeni texnikaların, məhsuldar toxum sortlarının ölkəyə gətirilməsi, pambığın alış qiymətinin qaldırılması, istehsal olunmuş məhsul üçün əlavə subsidiya verilməsi bu sahənin inkişafı üçün stimul yaratmışdır. Cənab Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı tapşırıq və göstərişlərini ölkə vətəndaşları kimi yüksək səviyyədə  qarşılayan laçınlı köçkünlər də bu təşəbbüsə ürəkdən qoşulmuş, məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində 101 hektar sahədə çiyid səpilmişdir.  Pambıq sahələrinin vaxtında becərilməsi, suvarılması və tenika ilə təmin olunması üçün qərərgah yaradılmış, bütün qüvvələr səfərbər olunaraq pambığın becərilməsinə cəlb olunmuşdur. Kanallar lildən  təmizlənmiş, su ötürücü qurğular və su nasosları təmir olunmuş, pambıq sahələri tamamilə suvarılmışdır. Sahələrdə normal bitiş alınmış, hal-hazırda kultivasiya işləri aparılır.  2017-ci ildə pambıq sahələrinin becərilməsi və məhsulun yığılması işlərinə 200 nəfərdən çöx işçi  cəlb olunacaqdır ki, bu da obalarda məskunlaşan köçkünlər arasında işsizliyin azalmasına  müsbət təsir göstərəcəkdir. Rayonda pambıqçılığın inkişafı, mövcud əkin sahələrindən bol məhsul əldə olunması üçün rayon rəhbərliyi tərəfindən mütəmadi  tapşırıqların verilməsi və bu sahənin diqqətdə saxlanmsı  fermerlərin də  pambıqçılığa marağının artmasına səbəb olmuşdur.  Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 31 may 2017-ci il tarixdə  pambığın  suvarılması, bitiş  və aqrotexniki qulluq göstərilməsi vəziyyəti ilə  yerində tanış olmaq məqsədi ilə rayon mütəxəssisləri ilə birlikdə  pambıq sahələrinə baxış keçirmiş, fermerlərə öz tövsiyyələrini vermişdir.

Keçidlər