Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü laçın rayon sakinləri tərəfindən qeyd olundu.

01 iyun 2017 | 16:00

BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında 1 iyunun dünyada uşaqların müdafiəsi günü kimi qeyd edilməsi qərara alınmışdır. Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il bizim ölkəmizdə də qeyd olunur. Uşaqlar ölkəmizdə əhalinin təxminən 30 faizini təşkil edir. Ölkədə uşaq və yeniyetmələrin təxminən 95 faizi təhsil alır. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əlievin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə  2009-cu il "Uşaq ili" elan olunmuşdur.
            Ölkə  rəhbərinin  hərtərəfli diqqət və qayğısı sayəsində hazırda uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılmış, çoxsaylı uşaq sağlamlıq mərkəzləri, uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələri fəaliyyətə başlamış, uşaq hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi baza yaradılmışdır. Bununla yanaşı bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün müvafiq məqsədyönlü tədbirlər görülmüşdür.
        1 iyun 2017-ci il tarixdə laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları Ağcabədi rayonunun ərazisindəki Taxtakörpü qəsəbəsində də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilmiş, tədbir iştirakçıları və uşaqlar  Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, önünə gül dəstələri qoymuşdur.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun balaca sakinlərini, eləcədə bütün tədbir iştirakçılarını 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin  uşaq və yeniyetmələrə olan diqqət və qayğısı sayəsində hazırda rayonlarda gənclər mərkəzlərinin, ana və uşaq sağlamlıq ocaqlarının, müasir tipli məktəblərin və uşaq bağçalarının tikilib istifadəyə verildiyini bildirmiş və  balaca sakinlərimizə sülh, əmin-amanlıq və firavanlıq arzulamışdır.

Keçidlər