Şriftin ölçüsü :

Saytın rəngi :

28 May - Respublika Günü laçın rayon ictimaiyyət nümayəndələri tərəfindən qeyd edilmişdir.

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində, Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Laçın Rayon təşkilatının birgə  təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı büstü önünə gül dəstələri qoyaraq ümummilli liderin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasının konfrans zalında Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açıq elan etdikdən sonra, dövlətçiliyimiz tarixindən, eləcədə bütün türk dünyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən danışmış, Cümhuriyyət xadimləri arasında iki nəfərin- Xosrovbəy Sultanbəyov və Nurməmməd bəy Sahsuvarov kimi həmyerlilərimizin olmasını qeyd edərək, qısa müddət ərzində Cümhuriyyət xadimlərinin böyük işlər gördüklərini, bu gün də özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan dövlətinin, xalqımızın Ulu Öndəri Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyası əsasında inkişaf edərək müstəqilliyinin əbədiliyinin və dönməzliyinin təmin edilməsi, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət sayəsində bütün sahələrdə dünyanın ən inkişaf edən dövlətlərindən birinə çevrilməsi barədə tədbir iştirakçılarına geniş məlumat vermişdir.
Tədbirdə “Cümhuriyyət xalqımızın tarixi naliyyətlərindən biri kimi” mövzusunda məruzə dinlənilmiş, məruzə ətrafında rayon ziyalıları çıxış edərək müstəqil dövlətimizin uğurlarından fərəh hissi keçirtdiklərini bildirmişlər.

Keçidlər