Şriftin ölçüsü :

Saytın rəngi :

“Fitnə” sənədli filmi Laçın rayon Polad Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbində nümayiş olundu.

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qarıqışlaq obasında müvəqqəti fəaliyyət göstərən Laçın rayon  Polad Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbində pedaqoji kollektivin və yuxarı sinif şagirdlərinin iştirakı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş dini radikalizmlə mübarizə çərçivəsində Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti, həmçinin dini radikalizmin qurbanı olmuş və cinayət məsuliyyətinə cəlb edilmiş insanların timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğunu əks etdirən “Fitnə” filmi nümayiş etdirilmişdir.
           Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısı  aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı  Cabir Əvəzzadə  “Fitnə” filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” filmi böyük əhəmiyyətə malikdir. Film də radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəfləri öz əksini tapıb. Sonra “Fitnə” sənədli filmi nümayiş etdirildi.
Filmin nümayişindən sonra Polad Məmmədov adına Qarıqışlaq kənd tam orta məktəbinin pedaqoji kollektivi ekran əsərinin əhəmiyyətini yüksək qiymətləndirərək, filmdə toxunulan məsələlərin yuxarı sinif şagirdləri arasında geniş təbliğ olunmasını və gənc nəslə dini radikalizmin mənfi tərəflərinin çatdırılmasını vacib hesab edərək onun hazırlanmasında əməyi olanlara təşəkkürlərini bildirmişlər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadədə iştirak etmişdir.

Keçidlər