Vətəndaşların növbəti qəbulu keçirildi
24 may 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirildi.
Qəbulla bağlı qeydiyyata alınmış 19 nəfər rayon sakini ardıcıllıqla fərdi qaydada qəbul edildi. Qəbulla bağlı müraciət edənlərdən 2-si həmkəndliləri ilə aralarında yaranmış torpaq mübahisəsinin həllinə köməklik edilməsini, 3 nəfəri işlə təminolunma barədə, 1 nəfəri təsərrüfatına dəymiş ziyanla bağlı köməklik göstərilməsi, 2 nəfəri mənzil şəraitinin yaxşılaşdırılması, 8 nəfəri isə ailə vəziyyəti ilə bağlı onlara maddi köməklik olunmasını və digər məsələlərlə bağlı müraciətlərin bildirdilər. Vətəndaşların müraciətləri dinlənilərək həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə tapşırıq verilərək, icrası nəzarətə götürüldü. Eyni zamanda müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izahat və istiqamət verildi.
Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etdilər. Sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına və müvafiq qaydada köməklik olunduğuna görə rayon rəhbərliyinə təşşəkkürlərini bildirdilər.