Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 25-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.

17 may 2017 | 16:00

17 may 2017-ci il tarixdə Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. 2500 nəfərdən çox rayon sakininin  iştirakı ilə keçirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna dualar oxunmuşdur. Tədbirdə  rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları tərəfindən qəsəbədəki şəhidlərinin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq abidənin önünə Laçın Rayon İcra Hakimiyyəti adından əklil qoyulmaqla tər gül dəstələri düzülmüşdür.  Mərasimdə rayonun işğaldan əvvəllki dövrünü, rayona olan dövlət qayğısını və inkişafını əks etdirən, həmçinin   işğaldan sonrakı dövrünü əks etdirən   foto-stendə baxılmışdır. Tədbir iştirakçılarının nəzərinə bir daha  çatdırılmışdır ki, 25 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Laçının işğalı  nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndi erməni quldurları tərəfindən talan edilərək yandırılmış, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələri erməni vandalizminə məruz qalmış, həmçinin 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 1 avtonəqliyyat, 30 rabitə, və digər müəssisələri talan edilərək, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edildiyi bildirmişdir. Ümumiyyətlə bu işğal nəticəsində o zamankı qiymətlərlə rayona 7.1 milyard ABŞ dolları ziyan vurulduğu bildirmişdir. O da xüsusilə qeyd olunmuşdur ki, ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür. Tədbirdə iştirak edən rayon ziyalıları, həmçinin şəhid ailələri, müharibə iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifrətlərini bildirmişlər. Onlar eyni zamanda bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
           Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli, Milli Məclisin deputatları Mahir Abbaszadə və Aqil Abbas iştirak etdilər.

Keçidlər