Laçınlı II Dünya Müharibəsi iştirakçıları ilə fərdi görüş keçirilmişdir.
09 may 2017-ci il tarixdə II Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibəti ilə laçınlı veteranlarla yerlərdə fərdi görüş keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə aparatın məsul əməkdaşları rayon üzrə II dünya müharibəsi iştirakçıları ilə onların məskunlaşdıqları ünvanlarda görüşərək, Qələbənin 72-ci ildönümü münasibəri ilə onları təbrik etmiş ən xoş arzularını çatdırmışlar. Görüş zamanı qeyd olunmuşdur ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir.
Bildirilmişdir ki, Azərbaycan xalqı bu gün də öz keçmişi, xüsusi ilə müharibədəki iştirakı dövrü ilə fəxr edir. Müharibə veteranları xalqımızın ən əziz və hörmətli üzvləri olmuşlar. Ulu öndər Heydər Əliyev daim onlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Xüsusilə vurğulanmışdır ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».
kimi qiymətləndirən Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Qələbənin 72 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallrala təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi, veteranlara olan digər qayğılar ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Görüş zamanı veteranlar öz xatirələrindən soz açmış, onlara göstərilin diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda veteranlara Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən maddi yadım onlara təqdim olunmuşdur.