Vətəndaşların növbəti qəbulu keçirildi
10 may 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirildi.
Qəbuldan əvvəl rayon rəhbərliyi, ictimaiyyəti nümayəndələri və qəsəbə sakinləri ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış büstünü ziyarət edərək büstün önünə tər gül dəstələri düzmüşlər. Sonra qəbulla bağlı qeydiyyata alınmış 25 nəfər rayon sakini ardıcıllıqla fərdi qaydada qəbul edildi. Qəbulla bağlı müraciət edənlərdən 4-ü həmkəndliləri ilə aralarında yaranmış torpaq mübahisəsinin həllinə köməklik edilməsini, 8 nəfəri işlə təminolunma barədə, 3 nəfəri təsərrüfat suyu çəkilişinə köməklik göstərilməsi, 4 nəfəri mənzil şəraitinin yaxşılaşdırılması, 6 nəfəri isə ailə vəziyyəti ilə bağlı onlara maddi köməklik olunmasını bildirdilər. Vətəndaşların müraciətləri dinlənilərək həlli mümkün məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə tapşırıq verilərək, icrası nəzarətə götürüldü. Eyni zamanda müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı vətəndaşlara lazımi izahat və istiqamət verildi.
Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etdilər. Sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına və müvafiq qaydada köməklik olunduğuna görə rayon rəhbərliyinə təşşəkkürlərini bildirdilər.