Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.

24 iyun 2012 | 15:00

23 iyun Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Laçın rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Laçınlı dövlət qulluqçuları ilk öncə Laçın rayon İcra Hakimiyyətinin qarşısındakı Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoyaraq Ulu öndərə tükənməz sevgi və ehtiramlarını bildirmişlər. Sonra tədbir rayon İcra Hakimiyyəti inzibati binasının iclas zalında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov rayonda dövlət qulluğu sahəsində işləyən bütün dövlət qulluqçularını Peşə bayramı günü münasibətilə təbrik etmiş, onlara məsuliyyətli və şərəfli işlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında ölkəmizdə dövlət quruculuğu, dövlət idarəetmə sisteminin formalaşması və dövlət qulluğunun inkişafı proseslərində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışmış, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir dövlətçiliyimizin əsaslarının yaradıldığını bildirmişdir. Eyni zamanda Azərbaycanda dövlət quruculuğu və idarəçiliyi istiqamətində həyata keçirilən islahatlardan ətraflı məlumat verən rayon İcra Hakimiyyətinin başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu sahədə əldə edilən nailiyyətlərdən danışmış respublikamızda çevik dövlət idarəetmə sisteminin formalaşdığını qeyd etmişdir. Çıxışda həmçinin Ölkə başçısının dövlət qulluqçularına olan hərtərəfli diqqət və qayğısının nəticəsi olaraq 2006-cı ildən ölkəmizdə “23 iyun Dövlət Qulluqçularının Peşə bayramı Günü” kimi təntənəli surətdə qeyd edildiyi və bu günün hər bir dövlət qulluqçusunun həyatına ən əlamətdar hadisə kimi daxil olduğu vurğulanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı xüsusilə vurğulamışdır ki, mütəmadi olaraq Ölkə Prezidentinin Sərəncamları ilə dövlət qulluqçularının əməyi qiymətləndirilmiş onlar müxtəlif orden, medal və yüksək fəxri adlarla təltif edilmişlər. Rayon rəhbəri xüsusilə qeyd etmişdir ki, Peşə bayramı ərəfəsində cənab Prezident tərəfindən imzalanmış Sərəncamla bir qrup respublika sakinləri ilə yanaşı rayonumuzdan da bir nəfər sakinin “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması bütün laçınlıları ürəkdən sevindirmişdir.
Sonra tədbirdə rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə rayonun ictimai-siyasi həyatında fərqlənmiş dövlət qulluqçularına fəxri fərman, birdəfəlik pul mükafatı verilmiş, bir neçə dövlət qulluqçusunun səmərəli fəaliyyətləri nəzərə alınaraq, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə dövlət qulluğundakı ixtisas dərəcələri artırılmışdır.

Keçidlər