Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu Pereküşkül qəsəbəsində laçınlı köçkünlərlə görüş keçirildi.

28 aprel 2017 | 16:00

28 aprel 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  sakinlərlə növbəti səyyar qəbul-görüşü Abşeron rayonu Pereküşkül qəsəbəsində keçirildi. Rayonun Səfiyan kənd tam orta məktəbinin binasında keçirilən görüşdə həmin ərazidə məskunlaşmış 110 laçınlı köçkün iştirak edirdi.  Rayon İcra Hakimiyyətinin başçısı  görüşdə çıxış edərək əvvəlki illərdə olduğu kimi 2017-ci ilin ötən dövrü ərzində də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra mühüm tədbirərin həyata keçirildiyini bildirdi.  Rayon rəhbəri çıxışında bildirdi ki, dünyada tüğyan edən  kəskin maliyyə böhranına baxmayaraq   ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində  əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Bunun bariz nümunəsi kimi  qaçqın və məcburi köçkünlərə  verilən müavinətin  ölkə başçısının 2017-ci il 23 yanvar tarixli Fərmanı ilə  bir daha artırılaraq ödənişinin  sadələşdirilməsi, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektik enerjisi və digər kommunal ödənişlərin 2017-ci il 01 fevral tarixdən dövlət hesabına ödənilməsinin  təmin edildiyini qeyd edərək köçkünlər adından ölkə Prezidentinə  minnətdarlığını bildirdi.
    Bununla yanaşı rayon rəhbəri çıxışında minnətdarlıqla vurğuladı ki, ölkə başçısının təyinatı ilə Azərbaycanın birinci vitse-prezidenti kimi fəaliyyətə başlayan Mehriban xanım Əliyevanın ilk gündən məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqəqədar geniş müşavirə keçirməsi də köçkünlər tərəfindən razılıqla qarşılanmışdır. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında xüsusilə vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını cəbrayıllılar kimi bütün köçkünlərdə də yüksək əhval-ruhiyyə yaratdığını, bunun  ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağına və növbəti bərpa işlərinin  Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirdi.
Qəbulda iştirak edən rayon sakinlərindən 9 nəfəri çıxış edərək ərazidəki daxili yolların, mövcud kanalizasiya və elektrik xəttlərinin əsaslı təmir edilməsinə, verilən  təbii qazın təzyiqinin artırılıması, qaz verilişindəki fasilələrin aradan qaldırılması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmasına, binaların zirzəmilərindəki çirkab sularının  təmizlənməsinə, tibb məntəqəsinin fəaliyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin görülməsinə, kommunal xərclərlə əlaqədar yaranan problemlərin həll edilməsinə köməkdarlıq edilməsinin xahiş etdilər.
Səyyar qəbul-görüşdə qaldırılan məsələlərin həlli üçün konkret tədbirlər görülməsi üçün aidiyyatı üzrə tapşırıqlar verilərək icrası nəzarətə götürüldü.
Görüşdə Qaçqinlarin və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Abşeron payon sektorunun müdiri Vidadi İsayev,  Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr  iştirak etdilər.

Keçidlər