Laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü ərazisində Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib
28 aprel 2017-ci il tarixdə Laçın rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının konfrans zalında görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində rayon Mərkəzi Xəstəxanasının poliklinikasında rayon sakinlərinin pulsuz müayinəsi keçirilməklə imtiyazlı xəstələrə dərman pereparatları paylanılıb. Tədbirdə görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov bidirib ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Eyni zamanda tədbirdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi Güllü İbadova və digər çıxışçılar Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan ətraflı söhbət açaraq onun peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunduğunu bildiriblər.
Tədbirdə iştirak edən rayon sakinləri göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını bildirməklə, hər il ölkə başçısının tapşırığına əsasən əhalinin pulsuz müayinə olunması ilə bağlı görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.