Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Yevlax rayonu ərazisində məskunlaşmış laçınlı köçkünlərlə keçirildi.
21 aprel 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Yevlax rayonu ərazisində məskunlaşmış laçınlı köçkünlərlə keçirildi. Görüş-səyyar qəbul Yevlax rayonu ərazisində köçkünlər üçün inşa edilmiş qəsəbə tam orta məktəbinin binasında keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əvvəlki illərdə olduğu kimi cari ilin birinci rübü ərzində də geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra mühüm tədbirərin həyata keçirildiyini bildirdi. Rayon rəhbəri çıxışında xüsusilə vurğuladı ki, dünyada tüğyan edən kəskin maliyyə böhranın ölkəmizdən də yan keçmədiyi bir vaxtda ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Bunun bariz nümunəsi kimi qaçqın və məcburi köçkünlərə verilən müavinətin 2017-ci il 23 yanvar tarixli Fərmanla bir daha artırılarq ödənişinin sadələşdirilməsi, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektik enerjisi və digər kommunal ödənişlərin 2017-ci il 01 fevral tarixdən dövlət hesabına ödənilməsi barədə Fərmanı qeyd olunaraq köçkünlər adından ölkə Prezidentinə təşəkkür və minnətdarlıq bildirdi.
EynI zamanda rayon rəsmisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını cəbrayıllılar kimi bütün köçkünlərdə də yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağına və növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirdi.
Qəbulda iştirak edən 55 nəfər rayon sakinindən 8 nəfəri onları narahat edən müxtəlif məsələlərlə bağlı müraciətlərini bildirdilər. Belə ki, onlardan iki nəfəri ailələrinə maddi köməklik olunmasını, üç nəfər işlə təmin olunma, bir nəfər mənzil şəraitinin yaxşılaşdırılmasını, iki nəfər isə kommunal xərclərin ödənişi ilə əlaqədar verilən vəsitin tənzimlənməsinə köməklik göstərilməsi barədə müraciət edərək rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq keçirilən səyyar qəbul- görüşlərdən razı qaldıqlarını bildirdilər. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən ayrı-ayrılıqda dinlənilmiş həmin məsələlərin həlli ilə bağlı aidiyyatı struktur rəhbərlərinə göstərişlər verilmiş, bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınmışdır.
Səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər.