Şriftin ölçüsü :

Saytın rəngi :

Çiyid səpini uğurla davam edir.

21 aprel 2017 | 16:00

Hazırda ölkəmizdə aqrar sahənin eləcə də  prioritet sahə hesab olunan pambıqçılığın inkişafına xüsusi önəm verilir. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olmuş, bu sahədə böyük uğurlar qazanaraq zəngin təcrüb toplamışdır. Respublikamızda pambıqçılığın ən sürətli inkişaf dövrü isə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi 1970-1980-ci illərə təsadüf edir. Həmin illərin statistik göstəricilərinə görə ölkəmizdə 800 min - 1 milyon tona yaxın pambıq tədarük olunmuşdur. Bu da pambıqçıların həyat şəraitinin yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına və ölkə iqtisadiyyatının inkişafına şərait yaratmışdır. Pambıqçılıq ölkə üçün ən çox gəlir gətirən sahələrdən biridir. Çox təəssüf ki, maliyyə çatışmamazlığından müstəqillik illərində bu sahə tənəzzülə uğramış, pambıq istehsalı kəskin azalaraq emal  müəssisələrinin  fəaliyyəti dayanmışdır. Ölkə prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafı üçün vaxtında verdiyi qərarlar, aparılmış islahatlar və bu sahəyə xüsusi dövlət qayğısı nəticəsində Azərbaycanda yenidən pambıqçılığın inkişaf etdirilməsi və gəlir əldə olunması üçün geniş imkanlar yaradılmışdır. Bölgələrdə aqroparkların yaradılması, yeni texnikaların, məhsuldar toxum sortlarının ölkəyə gətirilməsi, pambığın alış qiymətinin qaldırılması, istehsal olunmuş məhsul üçün əlavə subsidiya verilməsi bu sahənin inkişafı üçün stimul yaratmışdır. 2016-cı ildə ölkəmizdə 51 min hektar pambıq əkilərək, 90 min tona yaxın məhsul əldə edilmiş, bu sahədə 10 minlərlə insan işlə təmin olunmuşdur. Xüsusilə qeyd olunmalıdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin respublikamızda pambıqçılığın inkişafı ilə bağlı ötən il Sabirabadda, 2017-ci ilin martında isə  Saatlı rayonunda keçirtdiyi  müşavirələrdə  pambıq istehsalçılari qarşısında konkret vəzifələr qoyularaq, bu sahənin inkişafına diqqət və qayğını artırılması istehsalçılarda pambıqçılığa maraq və meyli daha da gücləndirmişdir. Ölkə başçısının bu sahənin inkişafı ilə bağlı tapşırıq və göstərişlərini ölkə vətəndaşları kimi birmənalı olaraq qarşılayan laçınlı köçkünlər də bu təşəbbüsə ürəkdən qoşularq məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində 101 hektar əkininə yaralı sahədə müvafiq şumlama işləri aparılmışlar. Əkin sahələri üçün kanallar təmizlənmiş, su ötürücü qurğular və su nasosları təmir olunmuşdur. Hazırda 56 ha sahədə çiyid səpilərək digər sahələrdə səpin işləri davam edir. 2017-ci ildə pambıq sahələrinin becərilməsi və məhsulun yığılması işlərinə 200 nəfərdən çöx işçi  cəlb olunacaqdır ki, bu da obalarda məskunlaşan köçkünlər arasında işsizliyin azalmasına  müsbət təsir göstərəcəkdir. Rayonda pambıqçılığın inkişafı ilə əlaqədar işlərin operativ və vaxtında aparılması üçün Rayon İcra Hakimiyyəti başçısı yanında Qərargah yaradılmış əkin sahələrinin vaxtında suvarılması  və aqrotexniki qulluq göstərilməsi nəzarətə götürülmüşdür.

Keçidlər