Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıqçılığın inkişafı ilə əlaqədar Laçın rayonunda geniş tərkibli iclas keçirildi.

04 aprel 2017 | 16:00

28 mart 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafı ilə əlaqədar  keçirilən müşavirədən irəli gələn məsələlərin icrası ilə bağlı 04 aprel 2017-ci il tarixdə Laçın  rayonunda geniş tərkibli iclas keçirildi.
                    Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Saatlı  rayonunda keçirilən respublika müşavirəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərin icrası və qarşıda duran prioritet məsələlərlə  bağlı  iclas iştirakçılarına ətraflı məlumat verərək, bu sahənin yenidən bərpa edilməsinin əhəmiyyətindən danışdı. Rayon rəhbəri çıxışında  ölkə Prezidentinin pambıqçılığın inkişafı ilə bağlı  təşəbbüsünə  laçınlı köçkünlərində böyük həvəslə qoşulduqlarını rayonda bu sahədə müəyyən hazırlıq işlərinin görüldüyünü bildirdi.
                       İclasda geniş  nitqilə çıxış edən  Azərbaycan Respublikası Prezidenti Adminstratsiyasının  Regional İdarəetmə və Yerli Özünü idarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Aga-Əli Əhmədov  bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin  qeyri-neft sektorunun inkşaf etdirilməsi proqramı pambıqçılığı prioritet sahəyə çevirmişdi. Çox gəlirli sahə olan pambıqçılığın Azərbaycan Respublikasında qədim ənənələri olduğunu bildirən natiq pambıqçılığın sovet dönəmində inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusilə qeyd etdi. Eyni zamanda  təəssüflə bildirildi ki,  Respublikamızın müstəqilliyin ilk dövründə  kənd təsərrüfat və pamçılıqda əldə olunmuş uğurları davam etdirilə bilmədi. Ümummilli Liderin hakimiyyətə yeni dönüşü hər sahədə olduğu kimi kənd təsərrüfatı sahəsini də durğunluqdan çıxardı. Lakin bu sahəyə böyük investisyalar lazım olduğu üçün istənilən nəticələri əldə etmək mümkün olmadı. Çıxışda qeyd olundu ki, hazırda respublikamızın iqtsadiyyatının yüksəlməsi bu  sahələrdə inkişafı sürətləndirməyə imkanlar yaradır. Kənd təsərrüfatının hər sahəsinin  inkşafı üçün dəqiq proqlamlar işlənib hazırlanmış, pambıqçılıqla yanaşı baramaçılıq, tütünçülük,dənli bitkilər və s. kimi bitkilərində əkinləri genişləndirilir. Xüsusilə vurğulandı ki, bu da yeni iş yerlərinin yaradılması və əhalinin məşğuliyyətinin artırılması  deməkdir. Bu sahədə dövlət fermerlərə  öz dəstəyini əsirgəmir, beləki, güzəştli qiymətlərlə kübrələr, yanacaq və sürtgü yağları üçün subsudyalar və iri həcmli kreditlər verilir.  Ağa-Əli Əhmədov çıxışında  yerli rayon sakinləri ilə yanaşı məcburi köçkün sakinlərində  kənd təsərrüfatının xüsusilə pambıqçılığın və baramaçılığın inkişafında iştirak  etmələrini  təqdirəlayiq hal kimi qiymətləndirərək  görülən bu işlərin insanların rifah halın  dahada yaxşılaşdıracağına əminliyini bildirdi.
                         Sonra tədbirdə  Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev  geniş məruzə ilə çıxış edərək laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində  101 hektar yaralı sahədə pambıq əkininə hazırlıq işlərinin başa çatdırıldığını həmçinin  rayonda baramaçılığın inkişafı ilə bağlı Çin texnologiyası ilə ərazidə on min ədəd tut tinglərinin əkildiyini və müvafiq aqro-texniki  qulluq göstərildiyini bildirdi.
İclasda  çıxış edən fermerlər ölkə Prezidentin onlara bütün sahələrdə olan qayğısından və dəstəyindən  minnətdarlıqla söz açaraq pambıqçılıq və baramaçılığın inkişafı ilə bağlı qrşılarına qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəklərini bildirərək bu rayon rəhbərliyi tərəfindən də əməli köməklik olunduğunu bildirdilər. İclasda fermerlər tərəfindən qaldırılan bəzi məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı  yerindəcə aydiyyatı qurumlara tapşırıqlar verdi. Digər məsələlərlə bağlı isə qeydlər götürdü.

Keçidlər