Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər geniş iməcilik keçirdilər.

25 fevral 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş  “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.20-ci yarımbəndində  müvafiq ərazidə təmizlik, abadlaşdırma və yaşıllaşdırma aylıqlarının və iməciliklərin keçirilməsinin təşkil olunması yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxil edilmişdir.
Bu baxımdan Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin müvafiq tapşırığına əsasən nəzərdə tutulmuş tədbirlərin davamı olaraq 2017-ci il 25 fevral tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin kompakt olaraq müvəqqəti məskunlaşdıqları  Taxtakörpü ərazisində geniş iməcilik təşkil olunmuşdur. Keçirilmiş iməcilikdə  650 nəfərdən çox laçınlı iştirak etmişdir. İməciliyə rayonunun ərazidəki bütün əmək kollektivləri və məcburi köçkünlər qoşulmuşlar. Təşkil edilmiş iməcilikdə Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbənin ərazisində, Vağazin, Qarakeçdi, Şeylanlı, Ağbulaq, Mayıs obalarının yaxın ətrafında, Taxtakörpü-Mayıs avtomobil yolunun hər iki tərəfində və ətraf sahələrdə hamılıqla təmizlik işləri aparılmışdır. Aparılmış təmizlik işləri ərazilərə yeni görkəm vermiş, sakinlər tərəfindən razılıq və minnətdarlıq hissləri ilə qarşılanmışdır.

Keçidlər