Laçın Rayon İcra Hakimiyyəti başçısının növbəti görüş-səyyar qəbulu Füzuli rayonu ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
23 fevral 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Füzuli rayonu, Gecəgözlü kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə səyyar qəbul – görüşü keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, eləcə də məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən, həmçinin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş və görüləcək işlərdən danışdı. Rayon rəhbəri çıxışında xüsusilə vurğuladı ki, dünyada tüğyan edən kəskin maliyyə böhranın ölkəmizdən də yan keçmədiyi bir vaxtda ölkə başçısı tərəfindən qaçqın və məcburi köçkünlərə verilən müavinətin 2017-ci il 23 yanvar tarixli Fərmanla bir daha artırılarq ödənişinin sadələşdirilməsi, həmçinin fərdi qaydada təbii qazla təmin olunmayan köçkünlərin müvəqqəti məskunlaşma yerlərində elektik enerjisi və digər kommunal ödənişlərin 2017-ci il 01 fevral tarixdən dövlət hesabına ödənilməsi barədə Fərmanını köçkünlərə olan davamlı diqqət və qayğısının təzahürü olduğunu qeyd edərək, köçkünlər adından ölkə Prezidentinə təşəkkür və minnətdarlığını bildirdi.
EynI zamanda rayon rəsmisi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanmasını cəbrayıllılar kimi bütün köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını, bunun ata-baba yurdlarımıza “Böyük Qayıdış”ın təməli olacağına və növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirdi.
Qəbulda iştirak edən 40-dan vətəndaşdan 8 nəfəri çıxış etmiş, müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilmişdir. Məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən mütəmadi olaraq keçirilən görüşlərdən razı qaldıqlarını bildirmişlər. Vətəndaşların müraciətləri rayon rəhbəri tərəfindən ayrı-ayrılıqda dinlənilmiş həmin məsələlərin həlli ilə bağlı aidiyyatı struktur rəhbərlərinə göstərişlər verilmiş, bəzi məsələlər isə araşdırılması üçün qeydiyyata alınmışdır.
Səyyar qəbul - görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə rəhbərləri iştirak etmişlər.