Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2016-cı ildə görülmüş işlərin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi.

10 fevral 2017 | 16:00

10 fevral 2017-ci il tarixdə Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Laçın  rayonu üzrə 2016-cı ildə görülmüş işlərin yekunları və  qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirildi. İclasdan əvvəl rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə tər güllər düzdülər. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə davam edən yığıncaqda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin  məruzəsi dinlənildi. Məruzədə rayon rəhbəri əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət sayəsində ölkəmizdə dinamik inkişafın və davamlı sabitliyin qorunub saxlandığı, dövlətimizin beynəlxalq arenada nüfuzunun daha da artdığı  bildirilməklə  laçınlı məcburi köçkünlərin məskunlaşdıqları  ərazilərdə də xeyli abadlıq və quruculuq işləri görüldüyü qeyd olundu. Məruzədə ötən il rayon sakinləri ilə yerlərdə 6139 nəfərin iştirak etdiyi 72 səyyar qəbul keçirildiyi, dinlənilmiş 629    müraciətdən 51 %-nin müsbət həll edildiyi, iş axtaran kimi  müraciət edən 360 nəfər rayon sakinindən 63 nəfəri ixtisasına uyğun işlə, 66 nəfər isə işsizlik müavinəti ilə təmin edildiyi, 15 nəfərin özünüməşğulluq  proqramına cəlb edilməklə, fiziki şəxslər tərəfindən yaradılan müəssisələrdə daxil olmaqla   205 yeni iş yeri açıldığı bildirildi. Həmçinin köçkülərin məskunlaşdıqları iki obada modul tipli müasir su təmizləyici qurğu  quraşdırıldığı, ərazidə 45 km uzunluğunda çınqıl örtüklü avtomobil yolunun təmir edildiyi,  18 ədəd transformatorun əsaslı, 70 ədəd transformatorun  isə cari təmir edilərək 30 min metr elektrik hava xətinin yenisi ilə əvəz edildiyi, iki məktəbin əsaslı, 10 məktəbin isə  cari təmiri, habelə üç məktəbdə on ədəd modul tipli sinif otağının quraşdırıldığı bildirildi.
         Diqqətə çatdırıldı ki, hesabat dövründə rayonun əhali və fermer təsərrüfatlarında  35 min 666 baş iri buynuzlu, 175 min 797 baş xırda buynuzlu heyvan, 5797 arı ailəsi  olmaqla il ərzində rayon üzrə 24053  sentner  ət, 205543   sentner süd,  4350 sentner yun  və 1 milyon  ədəd yumurta istehsal olunmuş, həmçinin cari ilin məhsulu üçün  234 hektar payızlıq buğda, 1398 hektar arpa sahəsi olmaqla  1632  hektar sahədə payız dənlilər səpilmiş, 1518 hektar sahədə biçin aparılmaqla sahələrdən orta məhsuldarlıq 28 sentner olmaqla 4183 ton buğda və arpa məhsulu əldə olunmuş,  2 ha sahədən 6 ton qarğıdalı, 32 ha sahədən 509.3  ton bostan-tərəvəz məhsulları istehsal edilmişdir.
       Məruzə ətrafında çıxışlarda köçkünlər ölkə Prezidentinin uğurlu daxili və xarici siyasətini daim dəstəklədiklərini və onlara göstərdiyi davamlı qayğıya görə minnətdar olduqlarını bildirdilər.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov və Milli Məclisin deputatı Mahir Abbaszadə çıxış etdilər.
Sonda qərar layihəsi oxunaraq yığıncaq iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər