“Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov laçınlı köçkünlərlə görüşmüşdür.
08 fevral 2017-ci il tarixdə “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov Ağcabədi rayonu Taxta körpü ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə görüşmüşdür.
Ərazidə məskunlaşan çoxsaylı rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əvvəlcə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın müxtəlif Nazirlik, Komitə və digər qurumları ilə yanaşı “Azərsu “ Açıq Səhmdar Cəmiyyəti tərəfindən də köçkünlərə daim qayğı ilə yanaşıldığını, köçkünlərin içməli su təminatında xeyli işlər görüldüyünü, onların üzləşdikləri müəyyən məsələlərin aradan qaldırılmasında yaxından iştirak etdiklərini bildirərək köçkünlər adından “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Görüşdə çıxış edən “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov son illər dünyada baş verən kəskin iqtisadi-maliyyə böhranına baxmayaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirtdiyi düşünülmüş siyasət sayəsində ölkəmizin inkişaf tempinin qorunub saxlandığını, əhalinin rifah halının, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırırılması istiqamətində xeyli işlər görüldüyünü vurğuladı. “Azərsu “ rəsmisi çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 23 yanvar tarixli Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutlan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanın əhalinin bu zümrəsinə olan xüsusi qayğısının göstəricisi olduğunu vurğulayaraq, Fərmandan irəli gələn məsələlərlə bağlı görüləcək işlər barədə köçkünlərə ətraflı izahat verərərək təmsil etdiyi qurum tərəfindən də xidmət sahəsində xeyli işlər görüləcəyini bildirdi. Görüşdə “Azərsu “ Açıq Səhmdar Cəmiyyətinin sədr müavini köçkünləri maraqlandıran məsələlərlə bağlı onlara ətraflı məlumat vermişdir.
Görüşdə çıxış edən laçınlı köçkünlər onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, kommunal xidmətlərə görə ödənişin sadələşdirilməsində yaradılmış qaydalardan və bununla əlaqədar aparılan izahat işlərindən razı qaldıqlarını bildirdilər.