Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilmişdir.

08 fevral 2017 | 16:00

           2017-ci il 8 fevral tarixdə Laçın  Rayonu İcra Hakimiyyəti başçısı yanında  Şuranın geniş iclası keçirilmişdir. Rayonun idarə, müəssisə rəhbərləri, həmçinin  kənd, qəsəbə və şəhər inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirilən iclasda əsasən  Azərbaycan  Respublikası Prezidentinin Administrasiyası rəhbərinin “2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2017-ci il  25 yanvar tarixli  18 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə bağlı Laçın rayonu üzrə 2017-ci ildə pambıq istehsalının təşkili ilə əlaqədar görüləcək işlərlə bağlı tərtib edilmiş Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının tədbirlər planının  müzakirəsi  və  təsdiq edilməsi, habelə ölkə Prezidentinin  tapşırığına əsasən, əhalinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin 2017-ci il 3 fevral tarixli məktubundan irəli gələn məsələlərin təmin edilməsi, həmçinin 2016-cı ilin yekunları ilə bağlı  Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində görülmüş işlərlə əlaqədar keçirilmiş hesabat  yığıncaqlarının  yekunlarının müzakirəsi və Laçın Rayonu İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri üzrə 2017-ci il 1 yanvar vəziyyətinə əsas ailə təsərrüfatlarından ayrılan yeni ailə təsərrüfatlarının adlı siyahılarının təsdiqi kimi məsələlərlə yanaşı  cari məsələlər müzakirə edilmişdir.
           Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin rəhbərliyi ilə keçirilən Şura iclasında gündəlikdə duran məsələlər ayrı-ayrılıqda ətraflı müzakirə olunaraq aidiyyəti üzrə  konkret tapşırıqlar verilmiş, tərtib edilmiş müvafiq tədbirlər planı təsdiq edilərək icrası nəzarətə götürülməklə tədbirlər planınından irəli gələn məsələlərin icrası vəziyyəti barədə mütəmadi olaraq rayon rəhbərliyinə məlumat verilməsi aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti başçısının müavinlərinə tapşırılmışdır.

Keçidlər