Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ildə görülmüş işlər müzakirə olundu

27 yanvar 2017 | 16:00

       27 yanvar 2016-cı il tarixdə rayonun Kamallı və Çıraqlı kənd sakinlərinin daha sıx məskunlaşdıqları Bakı şəhəri , Xətai rayonu  ərazisində 86 saylı tam orta məktəbin binasında Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin  2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat  iclası keçirilmişdir. Çoxsaylı  kənd sakinlərinin iştirakı ilə  keçirilən iclasda  Kamallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsi dinlənilmişdir. Məruzədə rayonun Kamallı və Çıraqlı kəndlərini əhatə edən nümayəndəliyin əhalisi 579 təsərrüfat olmaqla 2248 nəfərdən ibarət olduğu qeyd olunmaqla 18 rayon üzrə 49 məntəqədə məskunlaşdığı bildirilmiş, il ərzində sakinlərlə 32 səyyar görüş keçirildiyi qeyd olunmuşdur. Həmçinin bildirilmişdir ki, “Kənd təsərrüfatı məsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydalarına” uyğun olaraq nümayəndəliyin işçiləri rayon aqrar komissiyasının üzvləri ilə birlikdə Kamallı və Çıraqlı qış obalarında olmuş, becərilən əkin sahələrinə baxış keçirtmiş, nümayəndəlik  üzrə becərilən 84 hektar əkin sahəsinə görə 5 istehsalçıya 4200 manat vəsait plastik kartlar vasitəsi ilə ödənilmişdir.
        Bununla yanaşı Çıraqlı qış obalarında içməli suya olan tələbatı təmin etmək üçün 100 metr uzunluğunda 25 mm polietilen boru xətti çəkilmiş, ilin bayram günləri ərəfəsində Vergilər Nazirliyi tərəfindən verilən ərzaq yardımları  qış obalarında müvəqqəti məskunlaşmış 24 ailəyə vaxtlı-vaxtında çatdırılmışdır.
          Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə vəsaiti hesabına Abşeron rayonu Masazır qəsəbəsində məskunlaşmış Çıraqlı və Kamallı sakinlərinın istifadəsi üçün nəzərdə tutulmuş zəruri avadanlıqlarla birlikdə mərasim çadırları alınması ilə bağlı razılıq əldə olunaraq müvafiq sənədlər tərtib edilmişdir.
          Bununla yanaşı 2016-cı ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə Abşeron rayonu Masazır qəsəbəsində fəaliyyət göstərən Çıraqlı kənd tam orta məktəbi üçün 12 sinif otağı, digər zəruri yardımçı otaqlardan və tikililərdən ibarət yeni məktəb binasının layihə smeta sənədləri hazırlanmış cari ilin ilk aylarından inşasına başlanılması nəzərdə tutulmuşdur.
           Məruzə ətrafında çıxışlarda sakinlər ölkə Prezidenti  cənab İlham Əliyevin 2017-ci il 23 yanvar tarixdə imzaladığı  Fərmanla qaçqın və məcburi köçkünlərə ayrılan müavinətin artırılaraq ödənişinin sadələşdirilməsini minnətdarlıqla qarşıladıqlarını qeyd  edərək, 2017-ci ildə  Kamallı obasında tranformatorun yenisi ilə əvəz olunmasını,  içməli  su xətlərinin yenilənməsini, obalararası yolların təmir olunmasını, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi xahiş etdilər.
          Hesabat yığıncağında Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Milli Məclisin deputatı Mahir Abbaszadə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti idarə müəssisə rəhbərləri iştirak etmişlər

Keçidlər