Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin məcburi köçkünlər üçün vahid aylıq müavinətin təyin edilməsi barədə Fərmanı laçınlı köçkünlər tərəfindən razılıqla qarşılanır.

26 yanvar 2017 | 16:00

26 yanvar 2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində çoxsaylı rayon sakinlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş yığıncaq keçirilmişdir. Yığıncaqda Rayon rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin təyin edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanından və həmin Fərmanın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinəti, habelə kommunal və digər xidmətlər üçün dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”ndan irəli gələn məsələlər barədə iştirakçılara geniş məlumat verilmişdir. Tədbirdə çıxış edən laçınlı məcburi köçkünlər dünyada qlobal iqtisadi və maliyyə böhranının tüğyan etdiyi bir vaxtda ölkə Prezidenti tərəfindən imzalanan bu Fərmanın onlara göstərilən  diqqət və qayğının, yüksək humanizmin əyani təzahürü olduğunu qeyd edərək, Fərmanı  sevinc və razılıqla qarşıladıqlarını, bu isti münasibətə görə daim ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını  bildirdilər.
       Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  çıxış edərək ölkə Prezidentinin müvafiq Fərmanı ilə yanaşı, düşməndən azad edilmiş Cəbrayıl rayonunun Cocuq –Mərcanlı kəndinin bərpası üçün cənab Prezidentin 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə maliyyə vəsaiti ayrılmasının da  “Böyük Qayıdış”ın  təməli olduğunu bu Fərmanın da laçınlılar tərəfindən sevinclə qarşılandığını, onlarda yüksək əhval- ruhiyə yaratdığını, növbəti veriləcək belə Sərəncamların  Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Laçına, Şuşaya, Kəlbəcərə və digər işğaldan azad olunacaq torpaqlarımıza  qayıdışı olacağına qəti əminliyini bildirmişdir.
         Rayon rəhbəri çıxışında  köçkünlərə verilən aylıq müavinətin təyin edilməsini  və ödənişin sadələşdirilməsini ölkə başçısının hər bir köçkün ailəsinə  davamlı qayğısı olduğunu bildirərək  ölkə Prezidentinin müvafiq Fərmanın icrasından  irəli gələn vəzifələrin laçınlı məcburi köçkün əhali arasında geniş təbliği və izahı üçün Rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət təşkilatlarının  rəhbər işçiləri vasitəsi ilə qısa müddət ərzində laçınlı məcburi köçkünlərin daha kompakt məskunlaşdıqları ərazilərdə sakinlərlə görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, kənd, qəsəbə və şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər