Laçın rayon ictimaiyyəti nümayəndələri Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
Laçın Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələliklərində 2016-cı ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçiriləcək hesabat yığıncaqları ərəfəsində ənənəyə uyğun olaraq 9 yanvar 2017-ci il tarixdə bir qrup laçınlı ictimaiyyət nümayəndəsi Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində olmuşdur. Rayon ictimaiyyəti nümayəndələri əvvəlcə Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək ümummilli liderə hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirlmişdir. Mərkəzin əməkdaşları tərəfindən ictimaiyyət nümayəndələrinə ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotostendlərlə bağlı geniş və dolğun məlumatlar verilmiş, ziyarətçiləri maraqlandıran sualları cavablandırılaraq, Mərkəzin fəaliyyəti barədə onlara ətraflı məlumat vermişdir.
Mərkəz də olan laçınlılar bu ziyarətin onlarda xoş təəssürat yaratdığını, yaddaşlarında ən əziz xatirə kimi əbədi qalacağını bildirilmiş, Mərkəz əməkdaşlarına təşəkkür edərərək bu əlaqənin bundan sonra da davamlı olacağını vurğulanmışlar.