Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında vətəndaşların növbəti qəbulu keçirilmişdir.
14 dekabr 2016-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən vətəndaşların növbəti qəbulu keçirilmişdir. Qəbulla bağlı qeydiyyata alınmış 21 nəfər rayon sakininin mənzil şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunma, ailə vəziyyəti ilə bağlı maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri ətraflı dinlənilmişdir. Edilmiş müraciətlərdən həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı aidiyyəti üzrə yerindəcə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, bununla yanaşı müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə vətəndaşlara lazımi hüquqi izahat və istiqamət verilmişdir. Qəbulda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları iştirak etmişlər. Qəbulda rayon sakinləri onların mütəmadi qəbul olunmalarından razı qaldıqlarını bildirməklə müraciətlərinə diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.