“15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü” münasibəti ilə Taxta-körpü qəsəbəsində rayonlararası cüdo yarışı keçirilmişdir
Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Bununla əlaqədar respu-blikamızda son illər Olimpiya hərəkatının genişləndirilərək, ölkəmizin müxtəlif region-larında müasir tipli olimpiya idman komplekslərinin inşa olunması, yeniyetmə və gənclərin müntəzəm şəkildə idmanın müxtəlif növlərinə cəlb edilməsi, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Artıq müstəqil Azərbaycan dövləti bir sıra beynəlxalq idman yarışlarının keçirilməsinə uğurla ev sahibliyi edir. Fərəhli haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanına göstərdiyi hərtərəfli diqqət və qayğı sayəsində idmançılarımız bütün yarışlarda uğurla iştirak edərək ölkəmizə daha çox qızıl medallar qazandırmış, üç rəngli bayrağımızı dəfələrlə yüksəkliyə qaldırmışlar.
Ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2012 ci ilin ölkəmizdə “İdman ili” elan edilməsi isə Azərrbaycan gəncliyinə, ölkəmizin bütün idmansevərlərinə olan davamlı qayğının növbəti mərhələsidir.
Respublikamızın gəncləri və idmançıları ilə yanaşı bu diqqət və qayğıdan da-hada ruhlanan laçınlı idmançılarda ölkəmizin idman həyatında yaxından iştirak edir, ölkəmizin adını daim uca tuturlar. Eyni zamanda rayonda idmanın inkişaf etdirilməsi ilə əlaqədar Laçın rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Gənclər və İdman idarəsi tərəfindən laçınlı məcburi köçkünlərin daha sıx məskunlaşdıqları ərazilərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, idman ili ilə əlaqədar olaraq, rayon Gənclər və İdman idarəsi nəzdində ictimai əsaslarla Ağcabədi rayonu ərazisindəki Taxta körpü qəsəbəsində Olimpiya idman növlərindən: taekvando, cüdo və sərbəst güləş, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində isə yunan-roma güləşi idman növləri fəaliyyətə başlamışdır. Bu klublara 150 nəfərə yaxın uşaq, yeniyetmə və gənc cəlb edilmişdir.
Bununla yanaşı 21-23 aprel 2012-ci il tarixlərində, XX əsrin əvvəllərində erməni işğalçılarına qarşı qətiyyətli mübarizə aparmış, laçınlı xalq qəhrəmanı Sultan bəyin anadan olmasının 140 illik yubileyi münasıbətilə Taxta körpü qəsəbə tam orta məktəbinin idman zalında taekvando idman növü üzrə 13 çəki dərəcəsində 12 rayonun iştirakı ilə açıq turnir keçirilmişdir. Turnirdə komanda hesabında I yeri Agcabədi rayonu, II yeri Agsu rayonu, III yeri isə Laçın rayonunun idmançıları tut-muşlar.
Həmçinin bütün idmançıların böyük həvəs və maraqla iştirak etdiyi növbəti tədbir isə 2-3 iyun 2012-ci il tarixlərində “15 iyun- Azərbaycan xalqının milli qurtuluş günü”nə həsr olunmuş cüdo yarışı olmuşdur. Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə 1993-cü ilin 15 iyun tarixində Azərbaycan xalqının unudulmaz böyük oğlu, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin xaos və anarxiyadan, vətəndaş müharibəsindən, parçalanmaqdan, yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlüsindən xilas olduğu və müasir Azərbaycanın dünyanı heyran edən inkişafı barədə idmançılara geniş məlumat verilmişdir. Taxta körpü qəsəbə tam orta məktəbinin idman zalında cüdo idman növü üzrə keçirilən yarışda 20 çəki dərəcəsində 13 rayonun idmançıları iştirak etmişdir. Keçirilmiş açıq turnirdə komanda hesabında I yeri Sumqayıt şəhəri, II yeri Qubadlı rayonu, III yeri isə Laçın rayonunun idmançıları tutmuşdur.