Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

05 oktyabr 2022 | 15:32

   Dünyada Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilib. Həmin gün bu qurumlar birlikdə müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul ediblər.

  Bu tarixdən başlayaraq hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Bu günün qeyd olunmasının məqsədi müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsilin inkişafındakı roluna diqqət çəkməkdir.

   Hazırda Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində beynəlxalq bayram kimi qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə milli səviyyədə keçirilir. Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib. Həmin vaxtdan etibarən hər il ölkəmizdə Beynəlxalq Müəllimlər Günü bu müqəddəs peşə sahiblərinə böyük sevgi ilə qeyd olunur.

    Hazırda ölkənin təhsil sahəsində 150  mindən çox pedaqoq fəaliyyət göstərir. Məktəblərində dərs deyən müəllimlərin 98 faizi ali təhsilli pedaqoqlardır. Ölkədəki müəllimlərin orta iş stajı isə 40 ilə bərabərdir.

   Ümumiyyətlə,  Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da uğurla davam etdirilməkdədir. Bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin ideyaları  işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin və elminin inkişafı istiqamətində ümummilli lider Heydər Əliyevin siyasəti Prezident cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqəti və uzaqgörən siyasəti əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da şübhəsiz ki, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir.

    Bu qayğının nəticəsidir ki, son illər ölkəmizdə müasir standartlara cavab verən, modern məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Təhsilin inkişafında təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi müstəsna təsirə malikdir. Sözsüz ki, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində, ilk növbədə Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifahının daha da yaxşılaşdırılmasına hesablanıb.

“Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır, müəllimlərin əmək haqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun”. Bu fikirləri söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev hər zaman təhsil işçilərinə həssas münasibət göstərir.

       Ölkə  Prezidenti cənab  İlham Əliyevin müdrik siyasəti nəticəsində bu gün bütün respublikamızda  olduğu kimi Laçın  rayonunda da təhsilin səviyyəsi günü-gündən artmaqdadır. Bunun bariz nəticəsidir ki, ötən  dərs ilinin yekunlarına  görə rayonun ümummtəhsil müəssislərini bitirmiş məzunlardan  428 nəfər respublikanın ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, onlardan da 18-i 600-dən  28 nəfəri isə 500-dən çox bal toplamışdır.

      Yeni  2022-2023-cü tədris ilində rayon üzrə fəaliyyət göstərən  82 tam orta və 22 ümumi orta məktəbində təhsil alan  şagirdlərin ümumi sayı 13311 nəfərdir.  Onlardan 1186 şagird I sinifdə, 1311 şagird IX sinifdə, 1031 şagird isə XI sinifdə təhsil alacaq,    həmçinin yeni işə qəbul olunmuş 137 gənc müəllim pedaqoji fəaliyyətə başlamışdır.

     Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva ilə birlikdə cari ilin  21 sentyabr tarixində  Laçın şəhərinə  səfəri zamanı üçrəngli dövlət bayrağımızı ucaltması, Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirakı, habelə rayonunun  işğaldan azad olunmuş  Zabux və Sus kəndlərinin layihələndirilməsi  və tikinti işləri, eləcədə  Zabux kənd orta məktəbinin və Laçın şəhər 2№-li tam orta məktəbin bərpası  və tikintisi üçün  maliyyə  vəsaiti  ayrılması barədə imzaladığı Sərəncamlar bütün laçınlılar kimi pedaqoji işçilər  tərəfindən  hədsiz sevinc və minnətdarlıq hissi ilə qarşılanmış, peşə günü ərəfəsində rayonun bir nəfər gənc müəllim Mirzəyev İqbal İsak oğlunun dövlət başçısının Sərəncamı ilə  “Tərəqqi “ medalına layiq görülməsi isə bütün laçınlı təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilir.

   Laçın Rayon İcra Hakimiyyəti başçısı  Aqil Nəzərli laçınlı təhsil işçilərini  5 oktyabr   əlamətdar peşə bayramı günü  münasibəti ilə təbrik edir, onlara müqəddəs fəaliyyətlərində davamlı uğurlar arzulayır.

 

Keçidlər