Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günüdür (05.10.2023)

05 oktyabr 2023 | 18:06

Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatı tərəfindən verilmişdir.

            Həmin  tarixdən başlayaraq hər il dünyanın əksər ölkələrində  oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi bayram edilir. Ölkəmizdə isə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlamışdır. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalmışdır.

Təhsil hər bir dövlətin gələcəyidir. Biz fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də islahatlar aparılır. Eyni zamanda, müəllimlərin fəaliyyətini stimullaşdırmaq üçün islahatlar aparılır, müəllimlərin əmək haqları qaldırılır. Əlbəttə ki, hər bir məktəbin əsas qiyməti onun fəaliyyətinin göstəriciləri ilə bağlıdır. Hər bir məktəb çalışmalıdır ki, təhsilin səviyyəsi yüksək olsun” söyləyən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  bu fikirləri hər bir müəllim  və təhsil işçisi üçün proqram xarakterli çağırış olmaqla  hər zaman təhsil işçilərinə olan  həssas münasibətin  göstəricisidir.

 Bu əlamətdar gün respublikanın bütün tədris müəssisələrində olduğu kimi Laçın rayonunda da  təntənəli surətdə qeyd olunur. Xüsusilə,   2023-2024-cü təris ili ərəfəsində - avqustun 25-də ölkə Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə erməni işğalından azad edilmiş Laçın şəhərinə növbəti   səfərləri zamanı  Laçın şəhər 2 nömrəli və Zabux kənd ümum orta məktəblərinin yeni dərs ilinə hazırlıq vəziyyəti ilə  şəxsən tanış olaraq, rayon ictimaiyyəti ilə səmimi görüşləri bütün laçınlılar tərəfindən minnətdarlıqla qarşılanaraq, rayonun təhsil işçilərinə daha səmərəli işləmələri üçün  stimul və ruh yüksəkliyi vermişdir.

               Xatırladırıq ki,  Laçın şəhər 2 nömrəli tam orta məktəbin binasının layihələndirilməsi və əsaslı təmiri məqsədilə Azərbaycan Prezidenti tərəfindən 2022-ci il sentyabrın 22-də imzalanmış Sərəncama əsasən, ötən ilin dekabrında məktəb binasında bərpa-gücləndirmə və əsaslı təmir işlərinə başlanaraq, görüləcək işlər nəzərdə tutulduğu vaxta yeunlaşdırılmışdırr. Ümumilikdə 510 şagird yerlik məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var.

Həmçinin, Azərbaycan Prezidentinin qeyd olunan Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanmış, ümumi sahəsi 1245 kvadratmetr olan məktəbdə  11 sinif otağı, kimya, fizika laboratoriya otaqları, informatika kabineti, yeməkxana, tibb otağı, akt və gimnastika zalları, hərbi hazırlıq kabineti, kitabxananın yaradılması nəzərdə tutulur ki, bu da ölkə Prezidentinin laçınlı təhsil işçilərinə növbəti diqqət və qayğısının əyani təzahürüdür.

            Eyni zamanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, cəmiyətdə  Azərbaycan müəlliminə göstərilən  dövlət qayğısının  2003-cü ildən  dövlət başçısı  cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin və ölkəmiizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə   gənc nəslin hərtərəfli   inkişafına göstərilən xüsusi qayğının nəticəsidir ki, ölkənin təhsil sahəsində ildən-ilə uğurlu nəticələrə nail olunur.

                 Sevindirici haldır ki, bu nəticələrin əldə olunmasında laçınlı müəllimlərin də əməyi vardır.    Belə ki, 2022-2023-cü dərs ilində Laçın rayonun ümumtəhsil məktəblərinin  11-ci sinfini bitirən 998 nəfər məzundan  695 nəfəri ali məktəblərə qəbul  imtahanlarda iştirak edərək 465 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Tələbə adına layiq görülən məzunlardan  32 nəfər  500-dən o, cümlədən 4 nəfər 600- dən  çox bal toplayaraq daha yüksək nəticəyə nail olmuşlar, onlardan da rayonun Taxta körpü tam orta məktəbinin məzunu Mustafa Kamal Namiq oğlu  isə abituriyentlər arasında xüsusilə fərqlənərək 641 bal toplayaraq ali məktəbə qəbul  olmuşdur. 

         Bildiririk ki, yeni tədris ilində Laçın rayonunun  ümumi təhsil müəssisələrində ümumilikdə 3284 şagird təhsilə cəlb edilmişdir ki, onlardan da  birinci siniflərdə ümumilikdə 952, IX siniflərdə 1319, XI siniflərdə isə 1013 şagirdin təlim –tərbiyəsi ilə 2481 nəfər müəllim məşğul olur.  

   Laçın Rayon İcra Hakimiyyəti başçısı  Aqil Nəzərli rayonun bütün təhsil işçilərini  5 oktyabr   əlamətdar peşə bayramı günü  münasibəti ilə təbrik edir, onlara müqəddəs fəaliyyətlərində davamlı uğurlar arzulayır.

Keçidlər