5 Mart - Beynəlxalq Bədən Tərbiyəsi Günü münasibətilə laçınlı yeniyetmələr arasında tədbir keçirilmişdir.
2024 cü il 5 Mart Beynəlxalq Bədən Tərbiyəsi Günü ərəfəsində laçınlı yeniyetmələr arasında müxtəlif idman növləri üzrə silsilə tədbirlər keçirilmişdir.
Növbəti belə tədbir Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Laçın rayon üzrə sektoru və Laçın rayonunun Taxta Körpü qəsəbə tam orta məktəbinin birgə təşkilatçılığı ilə 5 Mart - Beynəlxalq Bədən Tərbiyəsi günü münasibəti ilə laçınlı yeniyetmələr arasında kəndirlə mübarizə üzrə rayon birinciliyinin keçirilməsi olmuşdur.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən Müharibəsi qazisi Cövhər Sadıqzadə, Lütfiyar Əliyev və Taxta körpü qəsəbə tam orta məktəbinin direktoru Elmdar Məmmədov, həmçinin ərazi üzrə təhsil müəsisələrinin müəllimləri və şagirdləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Laçın rayon üzrə nümayəndəsi Natiq Mustafayev açaraq, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi idmanın inkişafınada daim diqqət və qayğı gösdərildiyini qeyd edərək gəncləri idman sahəsində daim fəal olmaqla, zərərli vərdişlərdən uzaq dumağa çağıraraq, sağlam həyat tərzi ilə bağlı onlara öz töfsiyələrini vermişdir. Sonra rayonun ümumtəhsil müəssisələrini təmsil edən 10 komandanın iştirakı ilə keçirilən kəndirləmübarizə birinciliyinə start veilmişdir. Yarışda komandalar arasında daha çox fəallıq gösdərən rayonun Qarakeçdi, Vağazin və Taxta Körpü tam orta məktəblərinin komandaları xüsusiylə fərqlənmişlər.
Əyləncəli formada təşkil olunan kəndirləmübarizə birinciliyi yeniyetmə və gənclər arasında idmana marağı daha da artıraraq onlarda xoş əhval ruhiyə yaratmışdır. Tədbirin sonunda qalib komandoların iştirakçılarına diplom və medalar təqdim olunmuşdur.