5 İyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür
Laçınlı su təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər. Tədbir iştirakçıları əvvəlcə Laçın Rayon İcra Hakimiyyəti inzibati binası önündə ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstünü rayon rəhbərliyi ilə birlikdə ziyarət edərək abidənin önünə tər güllər düzmüşlər.
Tədbirdə rayon rəhbərliyi tərəfindən Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə laçınlı su təsərrüfatı işçiləri təbrik edilərək onlara gələcək işlərində uğurlar arzulanmışdır. Eyni zamanda tədbirrdə bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalayıb. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır.
Tədbirdə dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açılaraq, Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.
Tədbirin sonunda rayonun su təsərrüfatı işçiləri Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkdirmişlər.