5 İyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür. 05.06.2024
Sevindirici haldır ki, laçınlılar üçün bu tarix Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə Laçına Böyük Qayıdışın başlanmasının ikinci ili kimi də əlamətdardır.
5 iyun 2024-cü il tarixində rayonun su təsərrüfatı və meliorasiya işçiləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası önündə Ümummilli Lider Heydər Əliyevin ucaldılmış büstü qarşısına gələrək rayon rəsmiləri ilə bilikdə abidəni ziyarət edərək qarşısına tər güllər düzərək dərin hörmət və ehtimallarını bildirmişlər. Tədbirdə rayon rəhbərliyi tərəfindən laçınlı Su Təsərrüfatı və Meliorasiya İşçiləri peşə bayramı münasibəti ilə təbrik edilərək onlara gələcək işlərində uğurlar arzulanmışdır. Xüsusilə qeyd olunmuşdur ki, ölkə Prezidenti cənab İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixinin “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalaması bu peşə sahiblərinin işinə yeni stimul vermişdir. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Eyni zamanda bildirilib ki, dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkədə su təsərrüfatı sisteminin idarə olunmasının daha da təkmilliləşdirilməsi məqsədi ilə Dövlət Su Ehtiyyatları Agentliyinin yaradılması haqqında 2023-cü il 30 mart tarixli Fərman imzalanması bu sahədə görülən işləri daha da sürətləndirəcəkdir.
Tədbirdə dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açılaraq, Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.