Şriftin ölçüsü :

Saytın rəngi :

5 İyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür (05.06.2023)

05 iyun 2023 | 16:25

     5 İyun tarixi ölkə melioratorları kimi laçınlı su təsərrüfatı işçiləri üçün də olduqca əlamətdar bir gündür.

    Hər il həmin günü böyük fərəh və sevinc hissi ilə  qeyd edən laçınlılar üçün bu il bu tarix möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə Laçına Böyük Qayıdışın başlanması ilə əlaqədar ikiqat bayrama çevrilmişdir.

     Əvvəlcə Laçın Rayon İcra Hakimiyyəti inzibati binası önündə Ümummilli Lider Heydər Əliyevin ucaldılmış  büstün qarşısına gələn tədbir iştirakçıları rayon rəhbərliyi ilə birlikdə  abidəni ziyarət edərək  önünə tər güllər düzmüşlər. Tədbirdə rayon rəhbərliyi tərəfindən  Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə laçınlı su təsərrüfatı işçiləri təbrik edilərək onlara gələcək işlərində uğurlar arzulanmışdır. Eyni zamanda tədbirdə bildirilib ki, ölkə  Prezidenti cənab  İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatındakı rolunu nəzərə alaraq, 1996-cı ildə Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalayıb. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni Sərəncam imzalamışdır. Eyni zamanda bildirilib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən ölkədə su təsərrüfatı sisteminin  idarə olunmasının daha da təkmilləşdirilməsi məqsədi ilə Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması haqqında 2023-cü il 30 mart tarixli Fərman imzalanması bu sahədə görülən işləri daha da sürətləndirəcəkdir.

       Tədbirdə  dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan minnətdarlıqla söhbət açılaraq,  Heydər Əliyev ideyalarının dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını,  əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görüldüyünü qeyd ediblər.


           Tədbirin sonunda rayonun su təsərrüfatı işçiləri Ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkili çəkdirmişlər.

 

 

Keçidlər