Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın yaradılması və inkişafı üçün 10 min ədəd tut tinginin əkininə başlanmışdır.

05 dekabr 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların  mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal  məhsullarının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası  ilə bağlı laçınlı məcburi köçkünlərin  məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində baramaçılığın inkişafı ilə əlaqədar xeyli hazırlıq işləri görülməklə,
Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində  tut tinglərinnin  əkilməsi üçün 10 ha sahə tam yararlı vəziyyətə gətirilmişdir.
5 dekabr 2016-cı il tarixdə baramaçılığın inkişafı və ipəkqurdu üçün yem bazasının yaradılması nəzərdə tutulmuş bu sahədə çinli mütəxəssislərin və kənd təssərrüfatı nazirliyi əməkdaşlarının iştirakı ilə rayon üçün nəzərdə tutulmuş 10 min ədəd  yeni tut tinglərinin əkilməsinə başlanmışdır.
Rayonun bütün idarə və  müəssisələrinin, eləcə də qəsəbə sakinlərinin iştirak etdiyi   ağacəkmə kampaniyasında 700 nəfərdən çox rayon sakini iştirak etmişdir.
Laçınlı köçkünlər ölkə Prezidentinin təşəbbüsü və  dəstəyi ilə  kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlərə böyük həvəslə qoşularaq bu sahənin gələcəkdə sakinlərin sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildirmişlər.

Keçidlər